Bakı Şəhər Yol Polisi əməkdaşları avtomobillərini səkilərdə park edən sürücülərlə bağlı yeni mübarizə metodu fikirləşiblər.
AvtoReyd.Az “oxu.az”a istinadən xəbər verir ki, yeni “nəzakətli” metod inzibati cərimə nəzərdə tutmur.
Polislər səkilərdə dayanmış avtomobillərin qabaq şüşəsinin üzərinə “Səkilərin üzərində avtomobil saxlamayın! Dövlət Yol Polisi” yazılmış vərəqələr qoyurlar.