Avtoreyd.Az Gündəm Paytaxtda”Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb (Foto)

Paytaxtda”Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb (Foto)


Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Bu barədə  AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu, 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

AvtoReyd.Az

Related Post

Daxili işlər orqanlarının daha bir əməkdaşı yaş həddi ilə əlaqədar işdən çıxarılıbDaxili işlər orqanlarının daha bir əməkdaşı yaş həddi ilə əlaqədar işdən çıxarılıb

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb. Report-un məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki

Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə 700 min manat ayrılıbSaatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə 700 min manat ayrılıb

Prezident İlham Əliyev yanvarın 5-də “Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi