Avtoreyd.Az Gündəm Paytaxtda”Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb (Foto)

Paytaxtda”Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb (Foto)


Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Bu barədə  AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu, 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

AvtoReyd.Az

Related Post

Dayanma-durma qadağandır, amma ərazidə yük maşınları saxlayıb: belə sürücüləri nə qədər cərimə gözləyir? – VİDEODayanma-durma qadağandır, amma ərazidə yük maşınları saxlayıb: belə sürücüləri nə qədər cərimə gözləyir? – VİDEO

Onlarla yük maşını sıra ilə yol kənarında dayanıb. Sürücülər burda müştəri gözləyir. Baxmayaraq ki, ərazidə dayanma-durmanı qadağan edən yol nişanı var. Xezerxeber.az məlumat verir ki, belə bir hal paxytaxtın Nərimanov