Avtoreyd.Az Dörd çarx Sürücülər üçün istirahət məkanları yaradılır (Video)

Sürücülər üçün istirahət məkanları yaradılır (Video)


Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti olan məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bilidirilib.

Qurumun sektor müdiri Nuridə Allahyarova deyir ki, ”Beynəlxalq Nəqliyyat Forumu” keyfiyyət xartiyası müəyyən edib. Azərbaycan da həmin foruma üzv olduğu üçün gələn ildən etibarən qurumun standartlarına uyğun olaraq sürücülərin rahat istrahət etməsi üçün müəyyən yerlər yaradılacaq.

Yüklə yanaşı, sərnişindaşıma ilə məşğul olan sürücülər də həmin məkanlardan istifadə edə biləcəklər.

Nuridə Allahyarova deyir ki, bunun üçün növbəti ildən etibarən həmin avtomobillərə taxoqraf cihazı quraşdırılacaq. Taxoqraf cihazı sürücülərin iş və fasilə rejminin müəyyən edəcək.

Xəbəri eşidən sürücülər də bu məkanların yaradılmasını təqdirəlayiq hesab edirlər. Onlar bunun yol nəqliyyat hadisələrinin azalmasına səbəb olacağını da bildiririlər.

Qeyd edək ki, magistral yol kənarlarında olan istrahət məkanlarından ölkələrarası hərəkət edən əcnəbi sürücülər də istifadə edə biləcəklər.

AvtoReyd.Az

Related Post

Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (Video+Foto)Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (Video+Foto)

Lənkəran rayonunun Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, agentlik tərəfindən yüksək keyfiyyətlə inşa olunan körpü R-48 Lənkəran-Lerik

Əzilmiş avtomobili necə tanımaq olar? – Maşın almaq istəyənlər üçün mütəxəssis rəyi – VİDEOƏzilmiş avtomobili necə tanımaq olar? – Maşın almaq istəyənlər üçün mütəxəssis rəyi – VİDEO

Avtomobil alıcılarının ən çox diqqət yetirdikləri məqamlardan biri həmin maşının vurulmuş, əzilmiş olmamasıdır. Bunu da maşının sonradan boyanıb-boyanmaması ilə müəyyən edirlər. Bəs aldanmamaq üçün hansı nüanslara fikir vermək lazımdır? Əməkdaşlarımız