Avtoreyd.Az Hadisə Qubada “Daewoo” və “Renault” toqquşub

Qubada “Daewoo” və “Renault” toqquşub


Quba rayonunda yol qəzası baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rustov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Daewoo Nexia” və “Renault” markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü – Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rustov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Tiflisdə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin iclası keçirilirTiflisdə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin iclası keçirilir

Tiflisdə CAREC-in nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin 16-cı iclası başlayıb.   APA-nın Gürcüstan bürosunun məlumatına görə, komitə iclasında nəqliyyat dəhlizlərinin modernləşdirilməsi məsələləri, həmçinin nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti, təşkilata yeni üzvlərin