Avtoreyd.Az Dörd çarx Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək


Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,15 sentyabr – Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. 15 sentyabr tarixində səhər saatlarından mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 53, 59, 61, 65, 88, 120, 175, 205 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək. 125 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar mərasim bitdikdən sonra sərnişinlərə xidmət göstərəcək.

15 sentyabr – Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə xalqımızı təbrik edir, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrundan şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirik.

AvtoReyd.Az

Related Post

Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (Video+Foto)Lənkəranda turizmin inkişafına təkan verəcək yol yenidən qurulur (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki,

Ağcabədidə Boyat-Biləyən-Hacılar-Qaraxanlı əhatə edən avtomobil yolları yenidən qurulurAğcabədidə Boyat-Biləyən-Hacılar-Qaraxanlı əhatə edən avtomobil yolları yenidən qurulur

Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,