Beş ildən sonra hər altıncı maşın elektrokar olmalıdır,2030-cu ilə hər üçüncü. Hindistanda 2017-ci ildə 2 000 elektrik avtomobillər satılıb. Buna baxmayaraq ölkədə elektrorikşa kimi ekzotik nəqliyyat var.AvtoReyd.Az məlumat verir ki,beş ildən sonra Hindistanın yollarında 15% avtomobil elektrik vasitəsilə çalışacaq. Bu haqda ölkəsinin nəqliyyat naziri Nitin Qadkari bildirib.Bu hədəfə nail olmaq üçün,hökumət alternativ yanacağla çalışan avtomobillər bazarına dəstək olaraq genişmiqyaslı proqram daxil etmək niyyətindədir.Avtoistehsalçılar, yeni inkişaf edən bazarla ciddi maraqlanırlar. Əgər ölkə Çin kimi güzəştlərin və maddi yardımların eyni sistemini daxil edəcəksə, onda bütün dünyadan investorlar üçün bu maraqlı ola bilər.
Xatırladaq ki,yaxın iki ildə Toyota bir neçə yeni model təqdim edəcək .Suzuki isə artıq Hindistanda 50 elektrik prototipi sınaqdan keçirdəcək. 2030-cu ilə şirkət bazarda 50% öz satışını saxlamaq üçün 1,5 milyon elektrokar satmağa hazırlaşır.
Avtomobillərə alternativ olaraq hind istehsalçısı Mahindra Electric üç təkərli rikşa təklif edib. Onlar ucuzdurlar, şəhər yolları üçün yarayırlar və tez enerji toplayırlar.