Avtoreyd.Az Gündəm Nəqliyyatla bağlı mühüm qərar

Nəqliyyatla bağlı mühüm qərar


Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na 7 nömrəli əlavə – “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”yə əlavə edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədovimzalayıb.

Əlavəyə görə, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələrini taxoqrafla təchiz edilməlidir.

Beynəlxalq yük daşımalarını, həmçinin ölkədaxili şəhərlərarası və rayonlararası yük daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.

Qeyd edək ki, taxoqraf – avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazdır.

AvtoReyd.Az

Related Post

Qeyri-peşəkar sürücülərin olması iş qəbul məsələsinə laqeyd münasibətindən qaynaqlanırQeyri-peşəkar sürücülərin olması iş qəbul məsələsinə laqeyd münasibətindən qaynaqlanır

“Sərnişindaşıma ilə məşğul olan şirkətlərin avtobus sürücülərini işə qəbul etmək sərbəstliyi bir qədər azaldılmalıdır”. AvtoReyd.Az xəbər verir ki,bunu “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə

Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq şəxslərin avtomobilləri birbaşa duracağa gətiriləcəkNəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq şəxslərin avtomobilləri birbaşa duracağa gətiriləcək

Sürücülük vəsiqəsi və digər müvafiq sənədlər olmadığı hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi saxlanılması üçün mütləq birbaşa müvəqqəti olaraq müvafiq icra