Avtoreyd.Az Hadisə “Saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub

“Saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub


Şabranda “saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova “saxla” əmri verib.

M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Related Post

Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir (Foto)Göyçay sakini ona məxsus sərnişin avtobusunun qəsdən yandırıldığını iddia edir (Foto)

Göyçay rayonunda sərnişin avtobusunun yanması ilə bağlı bəzi təfərrüatlar məlum olub. AvtoReyd.Az APA-nın xəbərinə görə,bildirir ki, hadisə ötən gecə saat 23:30 radələrində Göyçay şəhərindəki “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verib. Rayon sakini, 1963-cü