Avtoreyd.Az Hadisə “Saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub

“Saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub


Şabranda “saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova “saxla” əmri verib.

M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Related Post

Metronun “Koroğlu” stansiyasının bir giriş-çıxışı müvəqqəti bağlanırMetronun “Koroğlu” stansiyasının bir giriş-çıxışı müvəqqəti bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanılacaq. AvtoReyd.Az quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə

Türkiyədə dəhşətli qəza, məktəblilər olan avtobus ağaca çırpılıb: 11 ölü, 44 yaralı (Video)Türkiyədə dəhşətli qəza, məktəblilər olan avtobus ağaca çırpılıb: 11 ölü, 44 yaralı (Video)

Avtoreyd.az bildirir ki, Türkiyənin Əskişəhər əyalətində məktəbliləri  daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə,  11 sərnişin həlak olub, 44 nəfər isə yaralanıb. Bu haqda hadisənin baş verdiyi  əyalətin qubernatoru Özdəmir Çakacak məlumat verib.