Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı “10-ZP-823” dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.
Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.