Avtoreyd.Az Maraqlı Yaponiya polisinin idarə etdiyi 9 avtomobil (Foto)

Yaponiya polisinin idarə etdiyi 9 avtomobil (Foto)


Hər dövlət öz polislərini yeni texnika ilə silahlandırmağa çalışır. Bu yalnız fərdi təchizata və müxtəlif avadanlığa aid deyil, həm də əlbəttə avtomobilləri əhatə edir, hansılarda ki, onlar tapşırıqları və diqər əməliyyatları həyata keçirdir. AvtoReyd.Az sizi yüksələn günəşin ölkəsi gözəl və maraqli Yaponiyanın polis avtomobilləri ilə tanış edir.

1. Toyota Crown

Hər birimiz onu Hollivud kinosundan tanıyırıq.Əgər Ford Crown Victoria ABŞ polisinin əfsanəvi “ölməz” simvolu hesab edilirsə,Yapon polisinin öz yerli əfsanəsi – Toyota Crowndur. Model 50 ildən artıq ki,istehsal edilir və bütün bu vaxt ərzində Yaponiyanın Milli polisinə xidmət göstərir. Həmçinin amerika yoldaşı kimi, bu orta ölçülü sedan qəribə deyil, etibarlıdır və güc, sürət və avtomobil həssaslığı məsələlərində polislərin sorğularını tamamilə təmin edir.

2. Nissan Fairlady Z

Avtomobil xüsusi olaraq ölkənin sürət şosesinin patrul çəkilməsi üçün yaradılıb. Yerli ərazidə bu avtomobillər Nissan 240Z,350Z, 370Z indeksləri kimi tanınır. Sadalanan modellərdən sonuncu 2016-cı ildən yapon polisinin istifadəsindədir. Avtomatik ötürmə qutusu, arxa körpüsü aparıcı olan avtomobil satda 180 km sürətlə hərəkət edir və belə avtomobildən hər cinayətkar can qurtara bilməz. Yeri gəlmişkən, ilk model hələ 1971-ci ildə istehsal olunub.

3. Nissan Skyline GT-R

Daha bir “xüsusi” polis avtomobili, hansı ki, ümumiyyətlə şose kontrolu üçün istifadə olunur. Polis sıralarda olduqca nadir, amma etibarlı avtomobil sayılır.Tam idarə edilmə sistemi olan ATTESA şassisinin üstünlüyü bu avtomobildə yüksək qiymətləndirirlir. 2016-cı ildə belə avtomobillərdən biri yerli hərracda Yapon hakimiyyəti tərəfindən satılıb.

4. Nissan GT-R

Yaponiya polisinin istifadəsində olan ən gənc avtomobil nümayəndəsidir. Hələ ki çox az miqdarda istifadə olunur .Ona görə ki, avtomobil polisə hədiyyə edilib.İstehsal ilinə baxmayaraq avtomobili boyadıqdan sonra istifadəyə verilib.Hətta xidmətə daxil olması haqqında xüsusi mərasim təşkil etdilib.

5. Honda NSX

Daha bir təmtəraqlı avtomobil, hansı ki,Tonqa polisinin rəhbərliyi tərəfindən istifadə olunub. Xidmətdə üç belə avtomobil olub. Məlumdur ki, polis üçün modellərin yaradılmasında Ayrton Senna özü şəxsən iştirak edib.

6. Mazda RX-7

RX-7-in iki avtomobili polislər hədiyyə edilib və Niiqata rəhbərliyinə xidmətə verilib. Avtomobillər “döyüş vəziyyətində” istifadə edilmir, çox vaxt onlar polisin ehtiyat nəfərlərində olur. Hələ ki,yalnız onları xüsusi və təntənəli tədbirlərə görmək mümkündür.

7. Mitsubishi GTO

GTO-un inanılmaz güclü avtomobillərini Yaponiya polisinin xidmətinə keçən əsrin 90-cı illərində verilməyə başlanıldı. Səbəb çox sadədir,avtomobilin göstəriciləri çox yüksəkdir.Belə ki,280 at gücünə malik bu avtomobil 6 saniyə ərzində saatda 100 kilometr sürət yığa bilir.Yeni model olmayan avtomobil üçün pis nəticə deyil.

8. Subaru Impreza WRX STI

Bu qeyri-adi idman sedanı yalnız Yaponiya polisinin xidmətinə daxil olmamayıb.Belə ki, Niderland, CAR, Avstriya, Fransa, ABŞ, Estoniya, Böyük Britaniyanın və bir sıra ölkələrin qanun keşikçiləri bu avtomobildən fəal istifadə edib.STI avtomobillərini Yaponiyanın özündə uzun müddət istifadə etmədilər. İndi bir neçə sadalanan ölkədən fərqli olaraq yaponlar Subaru Impreza-dan daha istifadə etmirlər.

9. Ford Mustang Mach 1

Təxminən yarım əsr bundan əvvəl yapon avtomobil sənayesi əla avtomobillərlə lovğalana bilməyəndə, polis başqa ölkələrdən avtomobil alırdı, həmçinin ABŞ-dan. Onların sırasında çox maraqlı nümunələri tapmaq olar. Misal üçün 1973-cü ilin istehsalı olan Ford Mustang Mach 1-i göstərmək olar.

AvtoReyd.Az

Related Post