Avtoreyd.Az Gündəm Dayancaqlarda ödəmə terminalı niyə yoxdur? (Video)

Dayancaqlarda ödəmə terminalı niyə yoxdur? (Video)


Paytaxtın Nobel prospektində sərnişinlərin sıx olduğu dayanacaqlarda ödəmə terminalları yoxdur. Üstəlik ərazidən ödənişi yalnız kartla qəbul edən bir neçə marşurut avtobusu keçir. Bu hal isə sakinlərin narahatlığına səbəb olur. Aidiyyatı qurumlar isə problemin tezliklə həll ediəlcəyini bildirir.

Bazar günü olmasına rəğmən dayancaqda çoxlu sayda sərnişin gözləyir. Yəni ərazidə yaşayış sıxdır. Buna baxmayaraq dayancağda ödəmə terminalı yoxdur. Paytaxtın Xətai rayonu Nobel prospektinin kənarında yaşayanlar dayancaqlarda ödəmə terminallarının az olmasından şikayətlənirlər. Üstəlik ərazidə ödənişi yalnız kartla qəbul edən 2 marşurut xəttinin avtobusları keçir. Sərnişinlərin sözlərinə görə əvvəl dayancaqlarda terminal olsada sonradan götürülüb.

Sakinlər dəfələrlə kartın balanısnda pul olmadığı üçün avtobusa minə bilmədiklərini, məcbur qalıb uzaq olsa belə nağd ödəniş qəbul edən avtobuslardan istifadə etdiklərini bildirir.

Sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev ”Xəzər Xəbər” ə bildirdi ki, ödəmə terminalı sərnişin sıxlığı nəzərə alınaraq qoyulur. Nobel prospekti boyunca bir neçə ərazidə bu terminallardan qoyulsa da sərnişinlərin qeyri-düzgün rəftarı nəticəsində yararsız hala salınıb və təəssüfki bu cür hallar tez-tez baş verir. Hazırda həmin terminallar servis mərkəzində təmirdədir və yekunlaşan kimi yerinə qoyulacaq.

Related Post

Bərdə rayonunda Tərtərçay üzərində yerləşən körpü bərpa olunur – FOTOBərdə rayonunda Tərtərçay üzərində yerləşən körpü bərpa olunur – FOTO

Yevlax-Xocalı-Laçın avtomobil yolunun 29-cu km-də, Tərtərçay üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpüdə bərpa işlərinə başlanılıb. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, aparılan bərpa işləri zamanı körpünün dayaqlarında əlavə bərkitmə işləri görülür.