Avtoreyd.Az Avtoxəbər `Mercedes-Benz`dən avtomatik parketmə sınağı (Video)

`Mercedes-Benz`dən avtomatik parketmə sınağı (Video)


“Mercedes-Benz” şirkəti hər zaman yenilikləri ilə pərəstişkarlarının qəlbini qazanıb. Onlar bu dəfə də çoxdan gözlənilən bir yeniliyə imza atıblar. Belə ki, şirkət “Mercedes-Benz Automated Valet Parking” avtomatik parketmə sisteminin sınaqlarına başlayıb.

“Bosch” mütəxəssisləri ilə birgə hazırlanan yeni layihədə sürücünün parketmə üçün köməyinə ehtiyac qalmır. Sürücüdən tələb oluan sadəcə olaraq telefonuna yüklədiyi tətbiqdə avtomobilə onun üçün əvvəlcədən müəyyənləşdirilmiş yerdə park etməsi üçün əmr verməkdir. Bu əmrdən sonra avtomobil tam təhlükəsiz şəraitdə park edir.

Bir yerə gedərkən isə avtomobilin yanına getməyə ehtiyac qalmır. Yeni eyni qaydada avtomobilə telefonla onun olduğu yerə gəlməsi əmri ötürülür./FaktXəbər

https://www.youtube.com/watch?v=rrYN5nnzjiQ

Related Post

İTALYAN ŞEDEVRLƏRİ: Yeni “PORSCHE” qiymətinə köhnə “FİAT”lar… – FOTOLARİTALYAN ŞEDEVRLƏRİ: Yeni “PORSCHE” qiymətinə köhnə “FİAT”lar… – FOTOLAR

Əgər Almaniya öz avtomobillərinin etibarlılığı və işləməsinin mükəmməlliyi ilə məşhurdursa, italiyalılar ənənəvi gözəllik və dizayner cəsarəti ilə lovğalana bilərlər. Publika.az bildirir ki, 28 oktyabrda “avromaşın” həvəskarları İtaliyanın Paduya şəhərinə yığışdılar. Alıcılar