Avtoreyd.Az Avtoxəbər Tarixin ən fantastik Ferrari-si göstərildi (Video)

Tarixin ən fantastik Ferrari-si göstərildi (Video)


İtaliyanın Ferrari avtokonserni Maranello şəhərindəki baş ofisində qapalı mərasim təşkil edərək iki yeni avtomobil modelini təqdim edib.

Milli.Az Top Gear-a istinadən bildirir ki, bu maşınlar 1950-ci illərin yarış Ferrari-ləri stilində hazırlanmış Ferrari Monza SP1 və Ferrari Monza SP2 barkettləridir.

Hər modeldən satışa cəmi 200 maşın çıxarılacaq.

Monza SP1 modelində sərnişin oturacaqları, ümumiyyətlə, yoxdur.

SP1 və SP2-dəFerrari 812 Superfast modelinin idarəetmə vasitələri, oturacaqları, ön şüşəsi var.

Rodster tipli maşınlar 6,5 litr həcmli V12 mühərrikləri ilə təchiz olunublar. 7 pilləli sürətlər qutusuna birləşdirilmiş mühərrik 800 at gücündədir.

340 km/saat maksimal sürətli modellər 100 km/saat sürəti 2,9 saniyədə əldə edir.

SP1 və SP2 modelləri Parisdə keçiriləcək beynəlxalq avtosalonda nümayiş olunacaq.

AvtoReyd.Az

 

Related Post

Toyota neftə qalib gəlir:Hidrogen mühərriki ilə və rekord gediş ehtiyatı ilə əla miniven (Video+Foto)Toyota neftə qalib gəlir:Hidrogen mühərriki ilə və rekord gediş ehtiyatı ilə əla miniven (Video+Foto)

AvtoReyd.Az-ın məlumatına görə,Tokioda keçiriləcək avtobil sərqisi ərəfəsində Toyota avtoistehsalçısı Toyota Fine-Comfort-un işçi adının altında konseptual avtomobil təqdim etdi. Şirkət nümayəndələri bildirdilər ki, “premium-interyerin yeni forması” avtomobilin əsas xüsusiyyəti oldu, hansında