Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
AvtoReyd.Az “Report”un Qərb bürosununa istinadən məlumat verir ki, rayonun İravanlı kəndində hərəkətdə olan “VAZ-2107” markalı avtomobil qəflətən qarşısına çıxan atı vurub və nəticədə yol kənarına aşıb.
Qəza zamanı Goranboy rayon sakinləri – 1994-cü il təvəllüdlü Tanrıverdi Orucov, 1995-ci il təvəllüdlü Elnur Zeynalov və 1993-cü il təvəllüdlü Asif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Bunlardan T.Orucovun vəziyyəti ağır, digər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Avtomobilin vurduğu at isə ölüb.
Faktla bağlı araşdırma aparılır.