Avtoreyd.Az Dörd çarx 175 nömrəli avtobusla bağlı – RƏSMİ AÇIQLAMA

175 nömrəli avtobusla bağlı – RƏSMİ AÇIQLAMA


Bəzi informasiya saytlarında və sosial şəbəkələrdə 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusdan sərnişinlərin düşürülməsinə dair məlumat yayılıb.

Məsələ Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev AvtoReyd.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, müəyyən edilib ki, 14.09.2018-ci il tarixində saat 18:30 radələrində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasının qarşısından Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlayıb.

Lakin, həmin ərazidə tıxac olduğundan avtobus uzun müddət hərəkət edə bilməyib. Bu zaman sərnişinlər sürücüdən avtobusun qapısını açmağı və onların düşməsinə şərait yaradılmasını tələb ediblər.

Sürücü öz növbəsində bu barədə “BakuBus” MMC-yə məlumat verdikdən sonra sərnişinlər ücün müvafiq şərait yaradıb. Bir neçə sərnişin istisna olmaqla, qalanları avtobusu tərk edib. Avtobusdan düşməyən sərnişinlər tıxac aradan qalxandan sonra, avtobusun salonunda olan sərnişinlərlə birgə Hövsan qəsəbəsi istiqamətinə yollanıb.

Məsələnin həqiqətə uyğun olmayan tərzdə təqdim edilməsi təəssüf doğurur. Media nümayəndələrindən bir daha xahiş edirik ki, müntəzəm sərnişindaşıma ilə bağlı hər hansı bir məlumatı dərc etməzdən öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər.

Related Post

BNA məktəb binalarının ətrafındakı yollarda piyada keçidləri təşkil edilib (Foto)BNA məktəb binalarının ətrafındakı yollarda piyada keçidləri təşkil edilib (Foto)

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,şəhər yollarında piyada təhlükəsizliyinin artırılması işləri davam etdirilir. Vətəndaş müraciətləri əsasında, mütəxəssislərimizin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil edilib, yararsız

Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur (Video+Foto)Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur (Video+Foto)

Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq