Avtoreyd.Az Dörd çarx Babək prospektindən istifadə edən sürücülərin nəzərinə…

Babək prospektindən istifadə edən sürücülərin nəzərinə…


Babək prospektinin girişindən körpünün də üzəri daxil olmaqla ”Ağ şəhər”ə qədər ərazidə köhnə asfalt qatı qaşınır. Yeni asfalt qatının vurulması növbəti həftə sonuna qədər yekunlaşacaq. Yeni asfalt qatı vurularkən körpünün üzərində hərəkət nəqliyyata bağlanacaq.

Köhnə asfalt qatı frezlənərək yük avtomobillərinə yığılır.

Görüntülər paytaxtın Xətai rayonu Babək prospektinin girişindəndir. Səhər satlarından etibarən həmin ərazidə işlərə start verilib.

İş icraçısının sözlərinə görə, həftənin birinci gününə qədər prospektin girişindən ”Ağ Şəhər” ə qədər olan yolda köhnə asfalt qatı hər iki istiqamətdə qaşınacaq. Yeni asfalt örtüyü isə hava şəraiti əlverişli olsa gələn həftənin sonuna qədər vuruluacaq.

Bu arada uzunluğu 9 km olan Babək prospektinin yenidən qurulması işləri tamamlanmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub. Mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır.

Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi də 16 metrə qədər genişləndirilir. Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələr tikilir, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılıb.

Ümumilikdə yolun oktyabr ayında tam istifadəyə verilməsi planlaşdırılır.

Related Post