Aptekə saxta pul verən şəxs kameralara yaxalanıb. AvtoReyd.Az metbuat.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonunda yerləşən apteklərdən birində baş verib. Təqribən, 20-25 yaşlarında olan gənc aptekə uşaq bezi almaq məqsədilə daxil olub. 50 manatı satıcıya uzadan gənc məhsul və pulun qalığını alandan sonra aptekdən çıxıb. Lakin bir müddətdən sonra satıcı pulun saxta olduğunun fərqinə varıb. Dərhal məsələ ilə bağlı polis əməkdaşlarına məlumat verilib. Paytaxtdakı aptek və dükanlara saxta pul “sırıyan” şəxsin axtarışları davam edir. Qeyd edək ki, sözügedən aptekdə ötən həftə də oğurluq hadisəsi qeydə alınıb. Qrup şəklində aptekə daxil olan şəxslərdən biri satıcının diqqətini yayındırdıqdan sonra oradan oğurluq edib. Təqribən, 40-45 yaşlarında olan şəxsin oğurluq etdiyi hadisə aptekin təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. Hazırda məsələ ilə bağlı polis araşdırma başladıb.
Oxuyun ki, aldanmayasınız (Video)
Related Post
Sumqayıtda avtomobil elektrik dirəyinə çırpılıb, 1 nəfər ölübSumqayıtda avtomobil elektrik dirəyinə çırpılıb, 1 nəfər ölüb
Sumqayıtda avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər ölüb. “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində şəhər sakini İsrail Fərəcullayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı
Xəbərdarlıq: Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqXəbərdarlıq: Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bu gün saat 17:00-dan etibarən Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqaməti dəyişdiriləcək. AvtoReyd.Az-ın məlumatına görə, bu barədə Movqe.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi,
Nazir növbəti DYP rəisini işdən çıxardıNazir növbəti DYP rəisini işdən çıxardı
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Cəmşid Abbasov vəzifəsindən azad edilib. AvtoReyd.Az – ın Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət