Avtoreyd.Az AvtoSığorta Yağışa görə əmlakına ziyan dəyənlərin diqqətinə!(Video)

Yağışa görə əmlakına ziyan dəyənlərin diqqətinə!(Video)


Bir neçə gün öncə yağan intensiv yağış zamanı əmlaklarına ziyan dəyən vətəndaşlar 25 min manata qədər təzminat ala bilərlər. Bunun üçün vətəndaşa sadəcə icbari sığorta müqaviləsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq sənəd lazımdır.

Sığortalı mənzil sahibləri dünənki yağış zamanı evlərinə dəyən ziyanın qarşılığında 25 min manataqədər təzminat ala bilər.

Sığorta haqqında qanunun tələblərinə əsasən vətəndaş təbii fəlakət zamanı mənzilinə dəyən ziyanı siğorta şirkətindən tələb edə bilər. Bunun üçün isə ondan sadəcə bir neçə sənəd tələb oluna bilər.

Dünənki yağış su altında qalan avtomobillərin sürücülərini də ziyana salıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəylinin sözlərinə görə, yağış altında qalan avtomobil sahibləri də dəyən ziyanın təzminatını tələb edə bilərlər. Ancaq onların avtomobili Kasko sığortalı olmalıdır.

Qeyd edək ki, Bakı şəhərində əmlakın icbarisığortası illik 50 manat, Gəncə və Sumqayıtda 40 manat, bölgələrdə isə 30 manat müəyyənləşib.

AvtoReyd.Az

Related Post

Yaşıl Kart nədir?Yaşıl Kart nədir?

Son illər Azərbaycanın regionda yerləşən həmsərhəd dövlətlərlə turistik və ticari əlaqələrinin davamlı inkişafı fonunda ölkəyə gələn əcnəbi turistlərlə yanaşı, qonşu ölkələrə səfər edən azərbaycanlıların da sayının artması müşahidə edilir. Yaxın

“GILAN HOLDING” “AZSIĞORTA” ASC – yə görə məhkəməyə verildi“GILAN HOLDING” “AZSIĞORTA” ASC – yə görə məhkəməyə verildi

19.03.2019-cu il tarixində İmişli-Saatlı yolundan Məmmədov İlqar İmamverdi oğlunun mülkiyyətində olan “KAMAZ” markalı dövlət nömrə nişanı  11-BC-626 nəqliyyat vasitəsi “AZSIĞORTA” ASC-də mülki məsuliyyəti sığortalanmış sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 9