Avtoreyd.Az Gündəm Örnək davranışıqlı avtobus sürücüsü danışdı (Video)

Örnək davranışıqlı avtobus sürücüsü danışdı (Video)


Bakıda sərnişin avtobuslarından birinə ”Əla qiymətlər alan şagirdlərdən gediş haqqı alınmır” elanı vurulub.

Əməkdaşlarımız həmin ideyanın sahibi olan sürücünü tapıb.

Xezerxeber.az-ın məlumatına görə, belə bir elan sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

Bu örnək davranışın hansı sürücü tərəfindən başlanıldığını araşdırdıq.

Məlum oldu ki, həmin şəkil metronun “Xalqlar” dostluğu stansiyası yaxınlığından Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivinə sərnişin daşıyan 105 saylı avtobusların birində çəkilib.

Bu addımın təşəbbüskarı isə xətdəki avtobuslardan birinin sürücüsü olan Poladdır.

Polad Mirzəyev deyir ki, o, əla qiymət alan şagirdlərin gündəliyini yoxlayır. Əgər şagirdin son qiyməti əladısa, gediş haqqı almır.

Bu ideya ən çox elə şagirdlərin üzünü güldürüb. Onlar bundan sonra əla qiymət almaq üçün çox çalışacaqlarını deyirlər.

Daşıyıcı şirkətdən isə bildirildi ki, sürücünün bu addımı onlar tərəfindən də xoş qarşılanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

BNA-dan “Yol həyatdır!” devizi altında yeni layihə – VIDEOBNA-dan “Yol həyatdır!” devizi altında yeni layihə – VIDEO

Təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında insanların düzgün maarifləndirilməsinin vacibliyini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yeni layihənin icrasına başlayıb. “Yol həyatdır!” devizi altında reallaşacaq yeni layihə Agentliyin hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə başlatdığı

Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? – VİDEO – FOTOYanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? – VİDEO – FOTO

Ölkəmizdəki yanacaqdoldurma məntəqələrində yanacaq problemi sürücülər üçün əməlli-başlı baş bəlasına çevrilib.   AvtoReyd.Az ARB TV-nin yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı hazırlanan reportaji təqdim edir. Avro 2, Avro 4, Avro 5 standartlarına