Hadisə bir neçə gün bundan əvvəl ABŞ-ın Florida ştatında yerləşən Xoumst şəhərində baş verib.Belə ki,ağ pikapın sahibi evakuatorla sanki döyüşə çıxıb.
AvtoReyd.Az xarici mətbuata istinadən məlumat verir ki,təxliyyə edilmiş pikapın sahibi 3-4 kilometr öz avtomobilini təqib etdikdən sonra guya şəxsi əşyalarını götürmək üçün salona çıxıb.
Evakuatordan can qutarmaq istəyən sürücü bir neçə cəhd etmək istəsə də,sonda siğorta zənciri buna imkan vermədi.Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis surucunu həbs edib.İndi o,yerli qanunvericiliyinə uyğun olaraq 15 gün həbs edildikdən sonra böyük məbləğdə cərimə olunacaq.