Mərdəkan şossesində bir yerdə yolun hər iki tərəfində dayanacaq var, ancaq piyada keçidi yoxdur. Bu da piyadalarin həyatı üçün real təhlükə yaradır. Bu səbəbdən də həmin ərazidə tez-tez piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin olduğu deyilir.
Xezerxeber.az bildirir ki, söhbət Qala-Pirallahı və Mərdəkan şosselərinin kəsişməsindən gedir. Mərdəkan şosesindəki piyadalar keçidin olmamasından əziyyət çəkirlər. Bu da bəzən onların həyatı bahasına başa gəlir.
Piyadalar həmin əraziyə ən yaxın keçidin 2 kilometrlik məsafədə yerləşdiyini deyirlər. Bu səbəbdən də piyadalar hər dəfə yolu keçəndə həyatlarını riskə atırlar.
Çəkiliş apardığımız zaman məlum oldu ki, sözügedən ərazidə patrul əməkdaşları da xidmət aparırlar. Onlar yoldan keçən piyadaları cərimə edirlər. Bəzi hallarda isə onlarla marifləndirici söhbətlər aparırlar.
Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək və yolda piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericilik çərçivəsində addımlar atılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: