Bir neçə gün bundan əvvəl AvtoReyd.Az-ın whatsapp nömrəsinə gələn video haggında sizə ətraflı məlumat vermək istəyirəm.Gənclik metrosundan Əhməd bəy Ağaoğlu küçəsi ilə aşağı Təbriz küşəsini keçəndən sona sağdan ilk qovuşan küçə Əliəşrəf Əlizadə küçəsidir və oradan yalnız bir istiqamətdə hərəkətə icazə verilib.Yəni Əhməd bəy Ağaoğludan sağa.
Görünür əks istiqamətdə hərəkət etməyi az imiş, 99 AV 518 dövlət nömrə nişanlı avtomobilin sürücüsü üstəlik sola dönərək növbəti dəfə nişanlama xəttinin tələbini pozur.Reqistratorla qeydə alan sürücünün ani anda əyləci vaxtında basmadığı halda qəza qaçılmaz idi.Eyni zamanda iki qayda pozuntusu edən sürücüyə qanunvericiliyə uyğun olaraq ən yüksəyi tətbiq olunur.Bu isə İXM-ın 327.2 madəsinə əsasən 3 bal 60 manat cərimə deməkdir.
AvtoReyd.Az 99 AV 518 dövlət nömrə nişanlı avtomobilin kobud və təhlükəli idarə etmə anlarını sizə təqdim edir:
Yol hərəkət qaydaları pozanları və hadisə şahidi olduğunuz maraqlı videoları bizə göndərin 📲 055 294 67 51 (whatsApp)