Avtoreyd.Az Dörd çarx “Karl Marks” dairəsi yenidən açılacaq (Video)

“Karl Marks” dairəsi yenidən açılacaq (Video)


Bakıda bir müddət əvəl ləğv edilmiş “Karl Marks” dairəsi yenidən açılacaq. Amma bu dəfə ərazidə hərəkət işıqforla tənizmlənəcək. Bunun üçün yeni layihə hazırlanıb.

Xezerxeber.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu qərarın qəbul edilməsinə səbəb dairənin ləğvindən sonra Süleyman Sani Axundov, Şövkət Məmmədova, Atatürk prospekti və digər əlaqəli yollarda tıxacın yaranması, həmçinin avtomobillərin daha çox yol qət etmələri olub.

Eyni zamanda, ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında yeni təhlükəsizlik adacıqları qurulacaq ki, Eldar Babayev küçəsindən gələn və yanacaqdoldurma məntəqəsindən çıxan sürücülər məcburi olaraq Xutor dairəsi istiqamətinə getməli olacaqlar.

Ərazidə tikinti işlərinin yaxın bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır.

Sözügedən dəyişikliyə isə sürücülərin münasibəti birmənalı deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Rənglənmə ilə əlaqədar bir-neçə ərazidə hərəkət qismən məhdudlaşdırılacaqRənglənmə ilə əlaqədar bir-neçə ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev