Avtoreyd.Az Dörd çarx Mir Cəlal küçəsinin yenidənqurmadan sonra (Video)

Mir Cəlal küçəsinin yenidənqurmadan sonra (Video)


Bakıda Nəsimi rayonu Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

Avtomobil Yolları Dövlət Agentliyindən  AvtoReyd.Az-a verilən məlumata görə, əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 24 m təşkil edir. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 22 m-dən 24 m-ə qədər genişləndirilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülüb. Bunun üçün aidiyəti qurum tərəfindən yolun hərəkət hissəsi 5-6 metr enində qazılıb. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilib. Yol ayrıcında yerləşən dirəklər ləğv edilib.

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhbə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub.

Related Post

Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb – VİDEO / FOTOSaatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun asfaltlanması işlərinə başlanılıb – VİDEO / FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına  əsasən uzunluğu 14 km olan Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə

Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır – VİDEO / FOTOZığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır – VİDEO / FOTO

Suraxanı rayonunun Zığ – Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən AvtoReyd.Az–a verilən məlumata görə,təmir-tikinti işləri zamanı yol