Avtoreyd.Az Gündəm “Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır

“Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır


“Bakı Metropoliteni” QSC-nin “Bakmil” stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində sabahdan günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.

“Report” quruma istinadən xəbər verir ki, sərnişinlər saat 8:20-dən saat 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.

“Məlumdur ki, bu məhdudiyyətlər avqustun 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb.

“Bakı Metropoliteni”nin yeganə yerüstü stansiyası olan “Bakmil” stansiyasının uzunmüddətli istismarı dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğularının yenilənməsi, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbidir.

Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. Onu da əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, “Bakmil” stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, “Bakmil” və “Koroğlu” stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir.

“Bakı Metropoliteni”nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir” – deyə məlumatda qeyd olunub.

AvtoReyd.Az

Related Post

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi 2018-ci ildə başa çatdırılacaqƏlət-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi 2018-ci ildə başa çatdırılacaq

“Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi 2018-ci ildə başa çatdırılacaq”. AvtoReyd.Az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov Nazirlər Kabinetinin iclasında deyib. “Şimal-Cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası

2 uşaq anasını “Porsche” ilə vurub öldürən biznesmen oğlunun 12 yaşındakı sərgüzəştləri2 uşaq anasını “Porsche” ilə vurub öldürən biznesmen oğlunun 12 yaşındakı sərgüzəştləri

Məmur və biznesmen övladları dəfələrlə etdikləri özbaşınalıqlara görə mətbuatın gündəmini bəzəməyi bacarıblar. Çoxları onların valideyn tərəfindən doğru tərbiyə almadıqlarını deyir. Bu səbəbdən onlar bəzən avtoxuliqan, bəzən qatil, bəzən də… Yəqin