Azərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” qanun layihəsi hazırlanır.
AvtoReyd.Az xəbər verir ki, sosial şəbəkədə yayılan fikir, ifadələr eləcə də, təhqir və böhtan xarakterli informasiyaların çoxalması millət vəkillərini də dilə gətirib.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Sosial şəbəkələrin daha çox istifadəçisi olan gənclər də, bu qanunun qəbulundan məmnun görünür.
Millət Vəkili Hikmət Babaoğlunun isə fərqli təklifi var. Deputat hesab edir ki, sosail şəbəkələrdə qeydiyyat şəxsiyyəti təsdiq edən sənədlə olmalıdır.
Ekspertlər qanunun müzakirəsi zamanı bir çox məsələlərin geniş təhlilini vacib sayırlar. Bura hüquqi məsuliyyətin müəyyən olunması, eləcədə cəmiyyətin fikirlərinin yer alması da daxil edilməlidir.
İlkin mərhələdə 1 fəsil, 9 maddədən ibarət olan qanun layihəsi yaxın günlərdə Milli məclisin Hüquq siyəsəti komissiyasında müzakirəyə çıxarılacaq.Bu müzakirələrin gedişi zamanı, hansısa müdaəlarına dəyişiklik və genişləndirilməsi də mümükün ola bilər.