Avtoreyd.Az Dörd çarx Dövlət Komitəsi “Khazar SD” markalı avtomobillər alıb

Dövlət Komitəsi “Khazar SD” markalı avtomobillər alıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib.

AvtoReyd.Az bildirir ki,bu barədə dövlət Komitəsindən “Report”a məlumat verilib. Mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və Himayəçilər Şurasının üzvləri iştirak ediblər.

Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən icma sədrləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.

Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodunda elektromobil avtomobillərin istehsalına hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Related Post

Avtobuslar və dayanacaqlarda niyə ”siqaret çəkmək qadağandir” nişanları yoxdur? – VİDEOAvtobuslar və dayanacaqlarda niyə ”siqaret çəkmək qadağandir” nişanları yoxdur? – VİDEO

Sərnişinlər dayanacaqda, sürcülər isə avtobuslarda siqaret çəkirlər. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməsinə baxmayaraq hələ də avtobuslarda və dayanacaqlarda ”siqaret çəkmək qadağandir” nişanları yoxdur. Xezerxeber.az-ın məlumatına görə, avtobus