Avtoreyd.Az Dörd çarx Qazaxıstan şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir

Qazaxıstan şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir


Qazaxıstanın “Daewoo Bus” şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, bunu “İnterfaks Qazaxıstan”a şirkətin baş direktorunun müavini Marat Makişev deyib.

M.Makişev hazırda istehsal etdikləri avtobusların  Rusiya, Azərbaycan, Tacikistan və digər MDB ölkələrinə ixracı ilə bağlı çalışdıqlarını vurğulayıb.

O, 2019-cu ildə avtobus istehsalını 3 dəfə artırmaq niyyətində olduqlarını da bildirib. “Ötən il 120, bu il 210 ədəd avtobus istehsal olunub. Növbəti ildə bu rəqəmi 300-400 ədədə  çatdırmağı planlaşdırırıq”, – şirkət rəsmisi qeyd edib .

AvtoReyd.Az

Related Post

DYP  Zaqatalada reyd keçirib, 15-dən çox sürücü cərimələnib (Foto)DYP  Zaqatalada reyd keçirib, 15-dən çox sürücü cərimələnib (Foto)

Zaqatala rayonunda “Təmiz Hava” aylığı çərçivəsində reyd keçirilib. AvtoReyd.Az “Report”un Şimal-qərb bürosununa istinadən verdiyi məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) böləməsinin keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin