“Anadolu” agentliyi xəbər verir ki, qeyri-qanuni miqrantları daşıyan yük maşını körpüdən aşaraq çaya düşüb.
Qəzadan sağ çıxan sürücü hərəkətdə olan vaxt idarə etməni itirdiyini deyib. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Əraziyə təcili yardım briqadaları cəlb olunub.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.