Avtoreyd.Az Hadisə Tovuzda çörək maşını aşıb, yaralılar var (Foto)

Tovuzda çörək maşını aşıb, yaralılar var (Foto)


Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”un Qərb bürosuna istinadən məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, çörək zavoduna məxsus “VAZ-2104” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan “VAZ-2107” markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hər üç şəxsin kimliyi və qəzanın səbəbləri araşdırılır.

Related Post

Türkiyədə baş verən yol qəzasında 8 nəfər ölüb, 8-i isə yaralanıb (Video)Türkiyədə baş verən yol qəzasında 8 nəfər ölüb, 8-i isə yaralanıb (Video)

Avtoreyd.az bildirir ki, hadisə Türkiyənin cənubunda, Kahramanmaraş əyalətində qeydə alınıb. Kahramanmaraş-Kayseri yolunda yük avtomobilinin mikroavtobusla toqquşması nəticəsində sərnişinlərdən 4-ü uşaq olmaqla, ümumilikdə 8 nəfəri dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. Mikroavtobusun