Avtoreyd.Az Hadisə Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Bakıda avtomobil piyadanı vuraraq öldürüb. 

AvtoReyd.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, oktyabrın 15-də saat 20 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramal Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Vitaliy Anaşkini vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Related Post