Avtoreyd.Az Hadisə 24 saat ərzində şəxsi kabinetə yüklənməyən protokol ləğv edilməlidir (Video)

24 saat ərzində şəxsi kabinetə yüklənməyən protokol ləğv edilməlidir (Video)


Törətdiyi xətaya görə sürücünün şəxsi kabinetinə 2 gün sonra elektron protokol göndərilib. Amma qanunvericliyə əsasən 24 saat ərzində şəxsi kabinetə yüklənməyən protokol ləğv edilməlidir.

Xezerxeber.az-ın məlumatına görə, sürücü Cəlal İsbizadə belə bir halla qarşılaşıb, amma protokollar ləğv edilmir.

Sürücü bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsə də, müsbət cavab ala bilməyib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, qanunvericiliyə müvafiq dəyişiklik bu il iyulun 1-dən qüvvəyə minib və buna görə də vətandaşın protokolları ləğv edilməlidir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Quliyevin sözlərinə görə isə, elektron protokolun elektron kabinetə yerləşdirilməsi barədə “ASAN xidmət”dən çıxarış təqdim ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Post

Bakıda maşın yanırBakıda maşın yanır

Bakıda xarici markalı avtomobil qəfil alışıb. AvtoReyd.Az xəbər verir ki, görüntülər Telegramda yayımlanıb. İlkin məlumata görə, hadisə Bakı-Sumqyıt yolunda baş verib, nəticədə xəsarət alan olmasada avtomobilə ciddi ziyan dəyib.