Bir neçə gün bundan əvvəl Bakının Nobel prospektində ilanvari hərəkətlə təhlükə saçan TOYOTA markalı avtomobil AvtoReyd.Az-ın kamerasından yan keçə bilməyib.
Belə ki,hadisə şahidlərinin AvtoReyd.Az-ın “WhatsApp”nömrəsinə göndərdiyi videoda açıq aydın görsənir ki,dövlət nömrə nişanı 90-ST-064 TOYOTA markalı avtomobil manevr qaydalarını kobud şəkildə pozur.Avtomobilin bu formada idarə edilməsi həm “Yol hərəkəti haqqında” qanuna, həm də İnzibati Xətalar Məcəlləsinə görə ziddir.Avtoxuliqanlığı qoyaq bir kənara,amma bu qaydaları pozduğuna görə,sürücünü İXM-ın 327.1 maddəsinə əsasən 40 manat cərimə gözləyir.Bu cür təhlükəli hərəkət edən sürücü məsuliyyətə cəlb olunmalıdır.
AvtoReyd.Az həmin videonu sizə təqdim edir: