Argentinaya məxsus uçaq dəfələrlə yön dəyişdirdi və…
Mayamidən havaya qalxmış “Airbus A330” sərnişin təyyarəsi ard-arda hava boşluğuna tuş gəlib.
Argentina istiqamətində hərəkət edən “Aerolineas Argentinas”a məxsus təyyarənin uçuşları canlı yayımlayan xəritədə tez-tez sağa-sola döndüyü görülüb.
Qorxuya düşmüş sərnişinlər və pilot həyəcanlı dəqiqələr yaşayıblar.
Sosial mediada yayımlanmış təyyarənin görüntüləri şok effekti yaradıb.
Fotolarda çökmüş tavan, yerə dağılmış yeməklər, oksigen maskaları görüntülənib.
Təyyarə 8 saatdan sonra Ezeiza Beynəlxalq Hava Limanında eniş edib./AzNews.az