Avtoreyd.Az Gündəm Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

Aİ 92 markalı benzinlə bağlı mühüm qərar


Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir.

AvtoReyd.Az xəbər veir ki, müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.

Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Nazirlər Kabinetinin hər iki qərarı aviasiya benzininə tətbiq edilməyəcək.

Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.

Related Post

Sürücülərin nəzərinə:Gecə saat 12-dən səhər saat 05:00-ə kimi bu yol bağlı olacaq.Sürücülərin nəzərinə:Gecə saat 12-dən səhər saat 05:00-ə kimi bu yol bağlı olacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır.

“BNA Tarif Şurasınının səlahiyyətlərinə qarışır” – Ekspertdən özbaşına qiymət artımına etiraz“BNA Tarif Şurasınının səlahiyyətlərinə qarışır” – Ekspertdən özbaşına qiymət artımına etiraz

“Belə vəziyyətin yaranmasının kökündə prosesə nəzarət mexanizmlərinin kifayət qədər zəif olması dayanır”. Sfera.az-a açıqlamasında bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) 125 saylı marşurutda özbaşına olaraq gediş haqqını 35 qəpikdən 40