Hindistanın Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb.
AvtoReyd.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən “Sinhua” məlumat yayıb.
“Hazırda 61 nəfər, o cümlədən qadınlar və uşaqlar ölüb və 72 nəfər yaralanıb, onlar xəstəxanalara yerləşdiriliblər”, – deyə agentlik yerli məmurun sözlərini sitat gətirib.