Sosial şəbəkələrdə təyyarənin avtomobil yoluna çıxmasını əks etdirən götüntülər yayılıb. Hadisə ABŞ-ın Lonq-Aylend adasında baş verib.
Kiçikmühərrikli təyyarənin avtomagistrala enməsi nəticəsində xəsarət alan olmayıb, ancaq təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi. Lakin eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb.
İnsidentlə bağlı araşdırma aparılır.