Avtoreyd.Az Dörd çarx Prezident Ucarda yol tikintisinə 9,7 milyon manat ayırıb

Prezident Ucarda yol tikintisinə 9,7 milyon manat ayırıb


Prezident İlham Əliyev Ucar rayonunun Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamla otuz altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AvtoReyd.Az

Related Post

Balaxanı yolunda hərəkət məhdudlaşdırılır – XƏRİTƏBalaxanı yolunda hərəkət məhdudlaşdırılır – XƏRİTƏ

AZƏRAVTOYOL-dan AvtoReyd.Az-a verilən məlumata görə,Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Qismən məhdudlaşma