Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 295-ci kilometrliyində avtomobil daşıyan “Mercedes” markalı yük maşını qəza törədib.
Xezerxeber.az-ın məlumatına görə, sürücü 53 yaşlı Qırğız Respublikasının vətəndaşı Dima Aleksandr Yevlax rayonu ərazisində idarə etdiyi yük avtomobilini yolun kənarına aşırıb. Nəticədə sürücü yaralanıb, yük maşınında olan müxtəlif markalı avtomobillərə isə ciddi ziyan dəyib.
Qeyd olunub ki, sürücü sərxoş olub və qəza nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.