Avtoreyd.Az Gündəm Başqasının faciəsinə gülmək nə dərəcədə doğrudur? (Video)

Başqasının faciəsinə gülmək nə dərəcədə doğrudur? (Video)


Heç kim qəzadan sığortalanmayıb və bu qəzalar zamanı xəsarət ölüm faktları da baş verir. Amma əfsuslar olsun ki, bəzi vətəndaşlar kimlərinsə bədbəxtçiliyinə göz yumur və bəzi hallarda onlara qarşı laqeyd münasibət bəsləyir.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Buna misal olaraq bir neçə gün öncə paytaxtın Ziya Bünynadov prospektində baş verən qəzanı göstərmək olar.

Hadisə zamanı yaralanan şəxsin halına acımaq əvəzinə yol kənarında dayanan bir neçə vətəndaş bu mənzərəyə gülüşlə yanaşır.

Oxşar mənzərəni istənilən yol nəqliyyat hadisəsi zamanı görmək olar. Yaralı, can verən şəxsin həyat uğrunda mübarizəsinə can yandırmaq əvəzinə maraq üçün ora yığışan insanlar kifayət qədərdir.

Aydınxan Əbilov – Kulturoloq: “Xarici ölkələrdə bu mərhələni keçiblər. Çəkiliş zamanı çalışırlar ki, yaralının üzü görsənməsin. Bunun mənəvi tərəfi də var”.

Burda digər məsələ yolun hərəkətə bağlanmasıdır. Hadisəyə tamaşa etməyə gələn sürücülər öz avtomobillərini nizamsız şəkildə saxlayır. Bu isə qəza yerində növbəti qəzaya zəmin yaradır.

Yolun qəza tamaşaçıları tərəfindən zəbt olunması hadisə yerinə gələn polis, təcili tibbi yardım avtomobillərinin işinə də mane olur. İtirilən bir-iki dəqiqə isə, ağır fəsadlara yol aça bilər.

Fərhad Eyyubov – Ekspert: “Sürücülük vəsiqəsini alanda bu mövzularda məlumat verilir. İnsanların bu haqqında ya xəbəri yoxdur, ya da laqeyd yanaşırlar”.

Unutmaq lazım deyil ki, qəzaya uğrayan və xəsarət alan şəxs hər kəsin yaxını, əzizi hətta özü ola bilər. Yardım etməsək belə, onun fəsadlarının aradan qaldırılmasına da mane olmayaq.

Related Post

Sabah yağış yağacaqSabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

“Formula-1” ilə əlaqədar bəzi yol kəsişmələrində svetoforlara yeni siqnal əmri verilib“Formula-1” ilə əlaqədar bəzi yol kəsişmələrində svetoforlara yeni siqnal əmri verilib

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə paytaxtımızda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar 19-26 iyunun tarixlərində aşağıda qeyd edilən küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə “sarı döyünən işıq” və