Avtoreyd.Az Gündəm Bu ərazidə sürücülər piyada zolağına məhəl qoymur (Video)

Bu ərazidə sürücülər piyada zolağına məhəl qoymur (Video)


Bakıda dərsdən çıxan zaman 9-cu sinif şagirdini avtomobil vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində yerləşən 179 nömrəli tam orta məktəbin qarşısında baş verib. 9-cu sinif şagirdi Məftunə Əlizadə məktəbdən çıxıb yolu keçmək istəyən zaman hərəkətdə olan minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.

Səhiyyə Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, Məftunə Əlizadəyə sağ topuq nahiyəsinin əzilməsi diaqnozu qoyulub və xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə baş verən ərazidə çəkiliş apardığımız zaman övladlarını məktəbə gətirən valideynlər bildirdilər ki, dərs mövsümü açılandan bu vaxta qədər məktəbin qarşısındakı yolda ümumilikdə 4 şagirdin vurulması ilə nəticələnə yol nəqliyyat hadisəsi baş verib. Valideyinlərin sözlərinə görə, bu cür hadisələrin baş verməsinə səbəb isə yolda piyada zolağının olmasına baxmayaraq sürücülərin buna məhəl qoymaması və avtomobili sürətlə idarə etmələridir.

Vətəndaşlar belə hadisələrin baş verməməsi üçün yolda aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməsini istəyirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev “Xəzər Xəbər”ə bildirdi ki, əraziyə baxış keçiriləcək və problemin qarşısını almaq üçün zəruri tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Əcnəbi-sürücülər sürücülük vəsiqəsiz qaldılar!Onlara Rusiya şəhadətnaməsi olmadan işləməyi qadağan etdilər.Əcnəbi-sürücülər sürücülük vəsiqəsiz qaldılar!Onlara Rusiya şəhadətnaməsi olmadan işləməyi qadağan etdilər.

Əcnəbi-sürücülər üçün qara günlər başladı.AvtoReyd.Az Rusiya KİV-nə istinadən məlumat verir ki,Rusiya sürücülük vəsiqəsi olmadan bu ölkənin ərazisində sürücü kimi çalışa bilməyəcəklər.Bu məsələyə 2014-cü ildə son qoymağa planlaşdırılsada yalnız bu gün yekunlaşıb.