Avtoreyd.Az Dörd çarx Yeni çəkilmiş yolda piyada zolağı yoxdur (Video)

Yeni çəkilmiş yolda piyada zolağı yoxdur (Video)


Əsaslı şəkildə yenidən qurulan və eni 4 zolaqdan 8 zolağa kimi genişləndirilən Babək prospektində yolun əksər hissəsində işlər yekunlaşdırılıb sürücülülərin istifadəsinə verilsə də burada piyada keçidi yoxdur. Bu isə həm piyada, həm də sürücülər üçün təhlükəyə səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, eni 8 zolaqdan ibarət olan yolu keçmək istəyən piyada həyatını təhlükəyə atır. Onu görən avtomobillər isə anidən dayanmağa məcbur olurlar ki, bu da yolda qəza şəraiti yaradır.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yol geniş olduğundan burada hər yerdə zolağın çəkilməsi mümkün deyil. Bunun üçün də prospektdəki işıqforların sayının artırılması nəzərdə tutulur. Bundan sonra hər işıqforun yaxınlığında piyada zolağı da çəkiləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Babək prospektinin 11 km-nə yeni asflat qatı çəkilib və işlər sürətlə davam etdirilir. Hazırda şəhər istiqamətində körpünün ətrafına və üzərinə asfalt vurulur. Bunun üçün də yolda hərkət hissələrlə məhdudlaşdırılır. Növbəti ayın sonuna kimi yolun tam təhvil verilməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Zaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması davam etdirilir – VİDEO / FOTOZaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması davam etdirilir – VİDEO / FOTO

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) təmir-tikinti işləri davam etdirilir. Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, əsaslı təmir olunan yolun uzunluğu 40