Avtoreyd.Az Hadisə Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb

Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb


Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyv prospektində Vurğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolda təmizlik işləri aparan, 1948-ci il təvəllüdlü Bəsti Dostəli qızı Eyvazovanı vurub.

Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Hadisəni törədən sürücü saxlanılıb.

 

Related Post

İki yolsuzluq avtomobilin sürücüləri İnquşetiyada toy karvanında döyüş təşkil etdilər.İki yolsuzluq avtomobilin sürücüləri İnquşetiyada toy karvanında döyüş təşkil etdilər.

Qafqazda toylar  tamamilə ağılsız adətlərlə, xüsusi mərasimlərlə fərqlənir. Amma bu videoçarxda  görəcəyiniz sizi təəcübləndirəcək.İki Mercedes-Benz, onlardan biri köhnə ML, diqəri təzə G63 AMG, Rolls-Royce limuzinin arxasında yeri bölə bilmirlər.Hər şey

Qəbiristanlıqda rəqs etdikləri üçün süpürgəçilər işdən çıxarılıb (Video)  Qəbiristanlıqda rəqs etdikləri üçün süpürgəçilər işdən çıxarılıb (Video)  

Avtoreyd.az bildirir ki, Türkiyənin Zonquldağ əyalətində iki süpürgəçi qadını qəbiristanlıqda oynadıqları üçün işdən çıxarıblar. Hər iki qadın müddətli yəni altıaylıq müqavilə əsasında Karadeniz Ereqli şəhərinin bələdiyyəsi tərəfindən “Cəmiyyət üçün faydalı iş”