Avtoreyd.Az Dörd çarx Bu marşrut xətləri üzrə avtobuslar yenilənib (Foto)

Bu marşrut xətləri üzrə avtobuslar yenilənib (Foto)


Bu gün səhər saatlarından 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.

AvtoReyd.Az xəbər verir ki, bu barədə “Report”-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O həmçinin qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.

Qeyd edək ki, noyabrın 8-də agentlik məlumat yayıb ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Related Post

Avtobusda BİABIRÇILIQ – Sərnişinlər bu şəkildə əyləşdirilir – VİDEOAvtobusda BİABIRÇILIQ – Sərnişinlər bu şəkildə əyləşdirilir – VİDEO

Sərnişinlər avtobusa qeyri-qanuni şəkildə yerləşdirilib. Hadisənin Bakı Beynəlxalq Avtovağzalından çıxan Bakı-Zaqatala avtobusunda qeydə alındığı iddia olunur. Videoda avtobusda daha çox sərnişinin getməsi üçün nəqliyyat vasitəsinə əlavə oturacaqlar yerləşdirildiyi görülür. Həmin