Avtoreyd.Az Dörd çarx Bu marşrut xətləri üzrə avtobuslar yenilənib (Foto)

Bu marşrut xətləri üzrə avtobuslar yenilənib (Foto)


Bu gün səhər saatlarından 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.

AvtoReyd.Az xəbər verir ki, bu barədə “Report”-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O həmçinin qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.

Qeyd edək ki, noyabrın 8-də agentlik məlumat yayıb ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Related Post

Dövlət qurumlarının avtomobilləri satışa çıxarıldı – 250 manatdan başlayan qiymətlər Read more: https://sputnik.az/news/20180104/413463712/dovlet-idarelerinin-avtomobilleri-satisa-cixarildi.htmlDövlət qurumlarının avtomobilləri satışa çıxarıldı – 250 manatdan başlayan qiymətlər Read more: https://sputnik.az/news/20180104/413463712/dovlet-idarelerinin-avtomobilleri-satisa-cixarildi.html

Ən yüksək qiymətlə hərraca çıxarılan avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur İki nazirlik, Milli Məclis və Mərkəzi Seçki Komissiyası balansında olan avtomobilləri özəlləşdirməyə təqdim edib.AvtoReyd.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 30