Avtoreyd.Az Gündəm DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib


 Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.

Məlumat üçün bir daha xatırlatmaq yerinə düşər ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir.

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “Instagram ”, “Twitter” və “Youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

“Facebook” – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, keçid linki;

“Instagram” – azerbaycan.din, keçid linki;

“Youtube” – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, keçid linki;

“Twitter” – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, keçid linki.

Related Post

Bu prospektindəki dayanacaqların əksəriyyətində “BakıKart” aparatı yoxdurBu prospektindəki dayanacaqların əksəriyyətində “BakıKart” aparatı yoxdur

Azadlıq prospektindəki əksər dayanacaqda ”BakıKart”ı tanıyan terminal yoxdur. Həmin prospektdən keçən avtobusların əksəriyyətində isə ödəniş “BakıKart”la edilir. Odur ki, terminalların olmaması sərnişinləri çətinliyə salıb. Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərin tək istəyi

Avtomobillə insanlara ağır xəsarət yetirən sürücülər cinayət məsuliyyətindən azad oluna biləcəklərAvtomobillə insanlara ağır xəsarət yetirən sürücülər cinayət məsuliyyətindən azad oluna biləcəklər

Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirənlər cinayət məsuliyyətindən azad oluna biləcəklər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov APA-ya bildirib