Avtoreyd.Az Gündəm Heydər Əliyev prospektində sürət həddi endirilib

Heydər Əliyev prospektində sürət həddi endirilib


Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”, – məlumatda qeyd olunub.

Related Post

Binəqədi-Novxanı-Corat yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verildi – VİDEO / FOTOBinəqədi-Novxanı-Corat yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verildi – VİDEO / FOTO

Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, 14 km uzunluğunda olan avtomobil yolunun 6.5 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri artıq yekunlaşıb. Ümumilikdə yolun sözügedən hissəsinin 80 min m2 sahəsinə 2 qat olmaqla