Türkiyənin Muğla bölgəsində sərnişin avtobusu uçuruma yuvarlanaraq qorxulu anlar yaşadıb.
Fethiyə qəsəbəsində sürücü avtobusu yol kənarında saxlayıb. Ancaq əl əyləcini çəkməyi unudub. Sürücü və sərnişinlər yol kənarından təbiəti seyr edərkən avtobus hərəkət etməyə başlayıb və uçuruma düşüb. Təxminən 30 metrdən sonra bir evin divarına çırpılaraq dayanıb.
Xoşbəxtlikdən həmin vaxt avtobusda heç kim olmayıb./publika.az